Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

    Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.
    Hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.
    Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.
    O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
    Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ