Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda iş adamını öz maşınında güllələdilər

    Bakıda iş adamını öz maşınında güllələdilər Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
    Oxu.az-a istinadla xəbər veririk ki, R.Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla öldürülüb.
    Hazırda Sabunçu Rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsində müayinələr aparır. Ərazidən cinayətdə istifadə olunan odlu silahın gilizi aşkar edilib.
    "Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xəttinin sahibi olduğu bildirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ