Sizin reklam burada
Sizin reklam burada
  • Kolumbiyada hökumət qərargahı yaxınlığında partlayış: 19 nəfər yaralanıb

    Kolumbiyanın mərkəzində hökumət qərargahı yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 19 nəfər yaralanıb.

    Bu barədə ölkənin Milli Polisi məlumat yayıb. Bildirilib ki, partlayış departamentin inzibati mərkəzi olan Vilyavisensio şəhərində qeydə alınıb. İlkin ehtimala görə, hadisəyə bomba yerləşdirilmiş avtomobil səbəb olub. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə binaya da ziyan dəyib. Ölənlər barədə məlumat verilməyib.

    Milli Polis hücumu pisləyərək hadisənin araşdırılması, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması üçün zəruri əməliyyat və istintaq tədbirlərinin həyata keçirildiyini bildirib.

    Qeyd edək ki, hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ