![]()
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimalında yerləşən Ras əl-Xeymə əmirliyində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. İstintaqın nəticələri araşdırma başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, noyabrın 12-də BƏƏ-nin şərqində yerləşən Fuceyrə əmirliyində də yol-nəqliyyat hadisəsi baş verib. Toqquşmadan sonra yaranan yanğın nəticəsində 14 nəfər ölüb, 30 nəfər yaralanıb.
