Sizin reklam burada
Sizin reklam burada
  • Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb


    Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının sədri Hubert Ayvanqer Berlində hoteldə vəfat edib.

    Yerli medianın məlumatında 55 yaşlı siyasətçinin səhhətində problem yarandığı üçün partiyasının Berlindəki nümayəndəliyinin açılışında iştirak etmədiyi qeyd olunur.

    Berlin polisi və prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

    Bavariya əyalətinin Baş naziri Markus Söder siyasətçinin vəfatı ilə bağlı dərin hüznünü ifadə edib və ailəsinə başsağlığı verib.

    Qeyd edək ki, H.Ayvanqer 2018-ci ildən Bavariyada iqtisadiyyat naziri və Baş nazirin müavini vəzifələrini tuturdu.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ