Sizin reklam burada
Sizin reklam burada
  • AMEA-nın prezidenti İsa Həbibbəyli akademik Ömər Eldarovu xəstəxanada ziyarət edib

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Klinik Xəstəxanada müalicə alan görkəmli heykəltaraş, akademik Ömər Eldarovu ziyarət edib.

    "Atributinfo.az" xəbər verir ki, akademik İsa Həbibbəyli Ömər Eldarovun səhhəti ilə maraqlanıb, ona Akademiya əməkdaşlarının xoş arzularını çatdırıb, şəfa diləyib.

    Həkimlər akademik Ömər Eldarovun yaxşı müalicə aldığını və səhhətinin normallaşdığını bildiriblər.

    Görkəmli heykəltaraş, akademik Ömər Eldarov ona göstərilən diqqət və qayğıdan çox razı qaldığını bildirib və Akademiya üzvlərinə salamlarını çatdırmağı xahiş edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ