Və biz hər birimiz Rafael müəllimin bizlərə bəslədiyi bu sevgini,məhəbbəti,qayğını bu anlayışlar çərçivəsində qəbul edir, sadaladığı keyfiyyətlərə layiq olmağı özümüzə borc bilirik!
Rafael müəllimin elmi və bədii yaradıcılığında Gəncə, bu torpağın Azərbaycan və dünya ədəbiyyatına,mədəniyyətinə bəxş etdiyi dahi mütəfəkkirlər-Nizami Gəncəvi,Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və başqaları mühüm yer tutur! Bu qədim elm,ədəbiyyat,mədəniyyət ocağının yetirdiyi böyük mütəfəkkirlər haqqında Rafael müəllimin müəllifi olduğu əsərlər öncüllər sırasındadır! Və bu ali xidmətləri tamamlayan ən ali yanaşma isə bu gün bu diyarda gənc tədqiqatçıların, alimlərin yetişməsinə Rafael müəllimin verdiyi dəstək,böyük qayğıdır! Nizami Gəncəvi Mərkəzinin hər bir əməkdaşının elmi uğurlarında Rafael müəllimin çox böyük fədakarlığı, xüsusi qayğısı vardır!
Hörmətli Rafael müəllimin çox yaxın əqidə dostları akademik İsa Həbibbəyli,akademik Nizami Cəfərov,mərhum professor Xəlil Yusifli,professor Bedirxan Ahmedov və bir çoxları Gəncə elmi-ədəbi mühitinə, xüsusilə Nizami Gəncəvi Mərkəzinə göstərilən bu böyük xidməti özləri də ən ali səviyyədə bəsləməklə yanaşı, Rafael müəllimin bu gözəl fəaliyyətini yüksək qiymətləndirirlər! Deməli,bizim belə böyük dövlət və ictimai xadimlərin qarşısında böyük məsuliyyətimiz, Vətənimizə layiqli xidmət borcumuz var!
Azərbaycan Yazıçılar Birliyininə üzv olmaq,bu Birliyin vəsiqəsini layiqli daşımaq isə bu ali ədəbi ocağın tarixində, bünövrəsində və bu günündə ləyaqətlə, müdrikliklə xidmət edən ədiblərimizin, ədəbiyyatşünaslarımızın,yazarlarımızın özlərinin və ruhlarının qarşısında böyük bir öhdəlikdir!
Bu öhdəliyə məni layiq bildiyinə görə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı,hörmətli Anar Rzayev müəllimə, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi,hörmətli Salim Babullaoğluna, AYB-nin Gəncə Bölməsinin sədri, əzizimiz Xazanqul Huseynova xanıma, Gəncə ədəbi mühitinin özünəməxsus rəmzlərindən olan, əziz Нушаба Асад Мамедли xanıma, etimad bəsləyən, təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm!
Əlimuxtar Muxtarov
AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru, Nizamişünas alim
