Sizin reklam burada
Sizin reklam burada
  • XOŞBƏXTLİK TƏKCƏ PULLA ÖLÇÜLMÜR – ƏSL ZƏNGİNLİK MƏNƏVİ DƏYƏRLƏRDİR

    Ceyhun Məmmədov
    Milli Məclisin deputatı,
    İlahiyyatçı alim

    Təəssüf ki, bu gün dünyada müşahidə etdiyimiz bir çox mənəvi problemlərin əsas səbəblərindən biri də xoşbəxtliyin yalnız maddi imkanlarla ölçülməsi düşüncəsidir.

    Bir daha vurğulamaq istəyirəm: pul hər şey deyil. Bəli, pul insanın əsas ehtiyaclarını qarşılamaq üçün vacibdir və həyatımızda mühüm rol oynayır. Lakin əsl xoşbəxtliyi, saf sevgini, mərhəməti, səmimiyyəti, etibarı, vicdan rahatlığını və mənəvi zənginliyi pulla almaq mümkün deyil.

    Ona görə də çalışın ki, təkcə maddi deyil, mənəvi baxımdan da zənginləşəsiniz. Öz bilik və dünyagörüşünüzü artırın, yaxşı əməllər edin, insanlara faydalı olun və milli-mənəvi dəyərlərinizi daim qoruyun. İnsan məhz mənəvi keyfiyyətləri ilə kamilləşir və cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilir.

    Unutmayın ki, həqiqi zənginlik yalnız qazandığınız sərvətlə deyil, qazandığınız hörmət, etibar, xeyirxahlıq və mənəvi dəyərlərlə ölçülür. Maddi rifah həyatınızı rahatlaşdıra bilər, amma onu mənalı və xoşbəxt edən məhz mənəvi zənginlikdir.

    Gəlin elə yaşayaq ki, qazandığımız sərvətdən daha çox qazandığımız hörmət, etibar və insanlıqla xatırlanaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ