Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Cəfərov Altay Aqşin oğlunun Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist-xilasediciləri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində A.Cəfərova hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, çətin keçilən dağlıq ərazidən təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
