Sizin reklam burada
Sizin reklam burada
  • Mikayıl Bozal - ziyalılığı, müəllimliyi və söz adamlığı ilə seçilən tovuzlu

    Tovuzun Bozalqanlı kəndinin yetirməsi olan Mikayıl Bozal (Mikayıl Binnət oğlu Əsgərov) uzun illərdir ki, elm, təhsil və ədəbiyyat sahəsində səmərəli fəaliyyəti ilə tanınan ziyalılarımızdan biridir.

    Peşəkar alman dili mütəxəssisi kimi yetişən Mikayıl müəllim həm pedaqoji fəaliyyəti, həm də gənclərin təhsilinə verdiyi töhfələrlə böyük hörmət qazanıb. Onun təşəbbüsü ilə yaradılan Bakı Alman Dili Mərkəzi yüzlərlə gəncin xaricdə təhsil almaq arzusunun gerçəkləşməsində mühüm rol oynayıb. Bu gün Almaniyanın müxtəlif universitetlərində təhsil alan və uğur qazanan çoxsaylı azərbaycanlı gənclər onun zəhmətini minnətdarlıqla xatırlayırlar.

    Mikayıl Bozal yalnız müəllim və tərcüməçi deyil, eyni zamanda sözə və poeziyaya bağlı qələm adamıdır. Onun şeirlərində Vətən sevgisi, insan duyğuları, mənəvi dəyərlər və həyatın fəlsəfəsi öz əksini tapır. Yaradıcılığı saz-söz ənənələrimizə bağlılığı ilə seçilir, qoşma və gəraylıları aşıq mühitində maraqla qarşılanır.

    Sadəliyi, səmimiyyəti, yüksək mənəvi keyfiyyətləri və vətəndaş mövqeyi ilə seçilən Mikayıl müəllim Tovuzun yetişdirdiyi dəyərli ziyalılardan biri kimi tanınır. O, ömrünü biliklərin paylaşılmasına, gənclərin inkişafına və milli-mənəvi dəyərlərimizin yaşadılmasına həsr etmiş insanlardandır.

    Belə şəxsiyyətlər cəmiyyətimizin mənəvi sərvəti, doğma yurdumuzun qürur mənbəyidir.



    Çingiz Abbasov
    Tovuz Xeyriyyə Cəmiyyətinin sədri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ