Sizin reklam burada
Sizin reklam burada
  • Bacı qurban

    Kənd təsərrüfatı sahəsi zəhmət tələb eləyən bir sahədir, xüsusilə onun heyvandarlıq sahəsi zəhmət və məsrəf tələb edən sahədir. Hələ yadımdadır, sosializm dövründə heyvandarlıq sahəsi ziyanla işləyən planlı təsərrüfat idi. Çünki həmin məhsullar istehsal dəyərindən artıq qiymətə satıldıqda vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşürdü.
    Hazırda Sovet dövründə yaşamış insanlar bu sözü tez-tez təkrarlayırlar: Sosializm dövründə heyvandarlıq məhsulları ucuz idi. Amma bilmirdilər ki, dotasiya hesabına həmin məhsullar satışa çıxardılırdı. İndi isə biz bazar iqtisadiyyatının qanunları ilə yaşayırıq. Ona görə də istehsal olunmuş hər hansı ərzaqlar istehsal olunmuş məhsulun maya dəyərindən yüksək satılır. Yəni, bu o deməkdir ki, kim zəhmət çəkirsə, əziyyətə qatlanırsa, öz güzəranını yaxşılaşdırır. Onu da qeyd edim ki, bizim vətəndaşlar öyrəniblər, kimsə onları buyursun və yaxud iş versin, məvacib əldə etsin. Bir balaca zəkası və bacarığı olan - istər kişilərimiz, istər qadınlarımız özünə iş qurur və dolanışıq yolunu tapır. Belə bacarıqlı, zəhmətkeş, qoçaq qadınlarımızın biri Tik-tok platformasından tanıdığım Sevgi xanımdır.
    Bu xanım işgüzar, bacarıqlı, çaışqan bir vətəndaşdır. O, öz bacarığı və ağlı sayəsində özünün kiçik bir biznesini qurmuşdur. Kəndlərində və qonşu kəndlərdən heyvandarlıq məhsullatını toplayıb, tədarük edib, qısa bir istehsaldan sonra satışa hazır vəziyyətə gətirir. Həmin ərzaqları Bakı şəhərində müəyyən edilmiş satışa çıxarır. Mən onun vətəndaşlarla, alıcılarla ünsiyyət etməsinə baxıram. Diqqət çəkən cəhət şirindil, bir də təkrar-təkrar bacı qurban kəlməsini işlətməsidir. Bu birinci növbədə onun insanlığından, xoş xasiyyətindən, təmizliyindən irəli gəlir. Çünki satdığı məhdullarda heç bir saxtakarlığa yol vermir.
    Bildiyimə görə o, Masallı rayonunun bir kəndində yaşayır. Bunları yazmaqda məqsədim odur ki, bizim ölkənin vətəndaşları-istər qadınları, istər kişiləri əməksevərdir. Onlara dövlət tərəfinfən heç bir yardım göstərilməsə də, yenə də öz işlərini quracaqlar. Təki dövlət tərəfindən onlara heç bir maneçilik törədilməsin. Amma, buna baxmayaraq bəzi vətəndaşlarımız bu xanımın nailiyyətlərindən xoşlanmır, müxtəlif vasitələrlə onun işinə kölgə salırlar. Mən isə üzümü Sevgi xanıma tutub demək istəyirəm ki, heç vaxt ruhdan düşmə, belə də davam et, öz devizinlə "bacı qurban".



    Qiyam Ərşadoğlu
    "Atribut"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ