Sizin reklam burada
Sizin reklam burada
  • Tovuz Xeyriyyə Cəmiyyətindən deputat Aydın Hüseynova doğum günü təbriki

    Hörmətli Aydın Nəsir oğlu Hüseynov!
    Sizi – Azərbaycan Respublikasının Milli Məclisinin V, VI və VII çağırış deputatı, tanınmış ictimai-siyasi xadim kimi ölkəmizin ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərdən biri olaraq, doğum gününüz münasibətilə Tovuz Xeyriyyə Cəmiyyəti adından səmimi-qəlbdən təbrik edirik.
    Sizin çoxillik parlament fəaliyyəti dövründə milli maraqlara, dövlətçilik prinsiplərinə sadiqliyiniz, seçicilərlə daim sıx təmasda olmağınız və xüsusilə doğma Tovuz rayonuna göstərdiyiniz diqqət və qayğı yüksək qiymətləndirilir. Tovuz əhalisinin sosial rifahının yaxşılaşdırılması, regionun problemlərinin ölkə səviyyəsində qaldırılması və həllinə töhfə verilməsi istiqamətində atdığınız addımlar xalq arasında Sizə dərin hörmət və etimad qazandırmışdır.
    Siz hər zaman sadə vətəndaşın səsini eşidən, onların dərd-sərinə biganə qalmayan, humanist mövqeyi və prinsipial duruşu ilə seçilən dövlət adamı kimi tanınırsınız. Tovuz sakinlərinə, şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqədən olan insanlara göstərdiyiniz diqqət və qayğı, xeyirxah təşəbbüslərə verdiyiniz dəstək cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.
    Tovuz Xeyriyyə Cəmiyyəti olaraq inanırıq ki, Siz bundan sonra da xalqımıza, dövlətimizə və doğma el-obamıza xidmət yolunda fəaliyyətinizi eyni əzmkarlıqla davam etdirəcək, ictimai-siyasi həyatımızda mühüm rol oynayacaqsınız.
    Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, məsul və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Yolunuz daim açıq, işləriniz xeyirli olsun!

    Hörmət və ehtiramla,
    Tovuz Xeyriyyə Cəmiyyəti



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ