Bu sözləri Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova deyib. O bildirib ki, tamaşaçılar “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Torpaq, dəniz, od, səma”, “Bəyin oğurlanması” və digər filmlərdən musiqi əsərlərini canlı ifada dinləyə biləcəklər. Xarici filmlərdən isə “Romeo və Cülyetta”, “Pesenka o poqode” və digər ekran əsərlərindən musiqi nümunələri səslənəcək.
Təranə Yusifova qeyd edib ki, konsertin aparıcısı Əməkdar artist Dilarə Əliyeva olacaq.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.
