Sizin reklam burada
Sizin reklam burada
  • Akademik İsa Həbibbəyli: “Ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlər tarixi-coğrafi baxımdan yolverilməzdir"

    Akademik İsa Həbibbəyli: “Ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlər tarixi-coğrafi baxımdan yolverilməzdir" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclisin Toponimiya Komissiyasında geniş müzakirə ediləcəkdir. Müzakirələrdə Milli Məclisin Toponimiya Komissiyasının üzvləri ilə yanaşı, bu məsələlərlə məşğul olan mütəxəssislərin və yazıçıların da iştirakı nəzərdə tutulur.

    "Atributinfo.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisi Toponimiya Komissiyasının sədri akademik İsa Həbibbəyli bildirib.

    Akademik İsa Həbibbəyli Qərbi Azərbaycan ərazisində və Qarabağda ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlərin tarixi-coğrafi reallıqlara uyğun şəkildə və elmi əsaslarla bərpa edilməsinin ana dili faktoru ilə yanaşı, geniş mənada azərbaycançılıq baxımından da zəruri və əhəmiyyətli olduğunu vurğulayıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ