Sizin reklam burada
Sizin reklam burada
  • ARKA 2025-ci il üzrə animasiya film layihələrinin qaliblərini açıqlayıb

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.

    ARKA-dan bildirilib ki, müsabiqə çərçivəsində 7 animasiya filmi layihəsi dövlət dəstəyinə layiq görülüb.

    ARKA-nın dəstəyini alan animasiya layihələri bunlardır: “Eyni yağışın altında”, “Oyun”, “Kölgəsiz Adamlar”, “Qayıtmışam”, “Hipotez”, “Fazzi: oyanış” və “İşquzların bilgi çanağı”.

    Qeyd edək ki, müsabiqənin məqsədi yerli kino istehsalını təşviq etmək, gənc rejissorların və animasiya sahəsində fəaliyyət göstərən yaradıcıların layihələrini dəstəkləməkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ