Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun idrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru QURBANOV FÜZULİ MƏHƏMMƏD oğlu “Tərəqqi” medalı ilə təltif edilib.Bu medal bir simvoldur, ömür boyu elmə sədaqətlə xidmət edən bir insanın parlayan zəhmət işığının rəsmi təsdiqi.
Sizi bu möhtəşəm nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları, möhkəm sağlamlıq və elmi fəaliyyətinizdə davamlı “tərəqqi” arzulayırıq!
Vidadi Orucov
Elmlər doktoru, professor,
Əməkdar müəllim
