Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini,
Əməkdar həkim
Son 5 il ərzində aparılan çoxmərkəzli beynəlxalq tədqiqatların nəticələri göstərir ki, ürəyin işemik xəstəliyində, çoxdamar tutulması və şəkərli diabetlə müşayiət olunan hallarda Aorta Koronar Şuntlama əməliyyatı digər (Stent) revaskulyarizasiya üsullarına nisbətən uzunmüddətli sağqalım, həyat keyfiyyəti və reintervensiya ehtiyacının azalması baxımından ciddi üstünlük təşkil edir. Bu müqayisələr əsasən dərmanlı stentlər və ənənəvi yolla icra olunan əməliyyatlar arasında aparılmışdır.
Amma bu gün artıq Hibrid və ya Döyünən Ürəkdə arterial qreftlərlə aparılan əməliyyatlar dövrü başlayıb. Xüsusilə, son illərdə tətbiqinə başladığımız döyünən ürəkdə, arterial qreftlərdən istifadə olunan qapalı ürək əməliyyatları həm peroperativ təhlükəsizlik, həm də uzunmüddətli klinik nəticələr baxımından əlverişlidir.
Millimetrlik damarların içində, ürəyin hər döyüntüsünə uyğun bir harmoniya ilə həyata keçirilən bu əməliyyatlar həm tədqiqatların, həm texnologiyanın, həm təcrübənin, həm də insan əlinin mükəmməl vəhdətidir.
Ürəyiniz ağrımasın dostlar!
