Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİKLƏR, UĞURLAR....

    TƏBRİKLƏR,  UĞURLAR.... Dostum-qardaşım, hörmətli Ramiz müəllim!
    Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Borçalı Cəmiyyətinin sədri kimi fəaliyyətiniz, xalqımıza, mədəniyyətimizə və milli yaddaşımıza verdiyiniz dəyərli töhfələr hər zaman böyük rəğbətlə qarşılanır. Zəngin həyat təcrübəniz, ziyalılığınız və təvazökar duruşunuzla həm dost, həm də rəhbər kimi əvəzolunmaz nümunəsiniz.
    Sizə möhkəm can sağlığı, uzun ömür, yeni-yeni uğurlar arzu edirəm. Milli birlik və mənəvi irsimizin qorunması yolunda göstərdiyiniz əzmkarlıq daim işıq olsun!
    Hörmətlə,
    Orucov Vidadi Ömər oğlu
    Pedaqogika üzrə elmlər doktoru

    P.S. Ramiz müəllim sözun əsl mənasında insanlıq nümunəsi, şəxsiyyət atributudur. Elə bu yanaşmayla da təbrikə "atributinfo.az"ın yaradıcı kollektivi adından qoşularaq hörmətli ziyalımız, əziz dostum Ramiz müəllimə uzun, mənalı, yorulmaz ömür, möhkəm can sağlığı arzulayıram!

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ