Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Qazaxıstanda keçirilən türk musiqisi festivalında təmsil olunub

    Qazaxıstanın Kızılorda İncəsənət Mərkəzində “Korkyt Zhane Uly Dala Sazy” (Qorqud və Böyük çölün melodiyaları) beynəlxalq folklor və musiqi festivalının qala-konserti keçirilib.

    Festival vilayət qubernatoru və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.

    Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistandan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimai xadimlər, o cümlədən qazaxıstanlı mütəxəssislər iştirak ediblər.

    Azərbaycanın “Qarabağ” muğam qrupu milli üslubda mürəkkəb melodik çalarları olan virtuoz ifaları ilə tamaşaçıları heyran qoyub.

    Vilayətin qubernatoru Nurlıbek Nalibayev festivalın türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və milli incəsənətin təbliği baxımından əhəmiyyətini vurğulayaraq qardaş ölkələrdən gələn qonaqlara minnətdarlığını bildirib.

    Qeyd olunun ki, festival qardaş xalqların birliyinin möhkəmləndirilməsi, onların folklor və musiqi sənətlərinin təbliği, qarşılıqlı mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ