
Arxada qalan illər – sanki səmimiyyətin, sədaqətin, əsl dostluğun zaman içində sınandığı illər oldu. Sevincdə də, çətinlikdə də bir-birimizin yanında olduq. Bizim dostluğumuz – ətrafımızdakı insanların da etimad və rəğbətinə çevrildi. Heç zaman əlaqəmiz qırılmadı; əksinə, bir-birimizin uğuruna sevinməkdən, dayaq olmaqdan yorulmadıq. Bu gün də həmin səmimiyyəti qürurla və minnətdarlıqla yaşadırıq.
Dəyərli dostum-qardaşım,
70 yaş – Allahın lütfü, həyatın böyük nemətidir.
Min şükürlər olsun ki, bu şərəfli yaşa ailənin, övladlarının, doğmalarının və səni sevən dostlarının əhatəsində, sağlamlıqla, nüfuzla və mənəvi rahatlıqla çatmısan. Sənin həyatın – bütövlükdə bir ömür hekayəsidir: səmimiyyətin, dürüstlüyün və vətəndaş mövqeyinin canlı təcəssümüdür.
Dəyərli vətənoğlu,
Doğum gününüz mübarək olsun!
Yeni yaşınız sizə sağlamlıq, sevinc, ruhi rahatlıq, uzun və mənalı ömür gətirsin. Hər yeni gününüzdə ümidlər çiçəklənsin, böyük ailənlə və əzizlərinlə həyatınız xoşbəxtlik içində keçsin.
Hörmət və ehtiramla:
Orucov Vidadi Ömər oğlu,
pedaqogika üzrə elmlər doktoru