Uzun illər peşəkar fəaliyyəti, vicdanlı mövqeyi və vətəndaş cəsarəti ilə cəmiyyətin dərin hörmətini qazanan dəyərli jurnalist, Bəradər müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Onu tanıyan hər kəs yaxşı bilir ki, Bəradər müəllim təkcə qələminin gücü ilə deyil, həm də ədalətli, dürüst və prinsipial duruşu ilə seçilən bir şəxsiyyətdir. Onun fəaliyyəti həm jurnalistika, həm də ictimai fikir üçün bir örnəkdir.
Yeni yaşında ona möhkəm can sağlığı, yaradıcılıq enerjisi və daim yüksək ruh arzulayıram! Uğurlarınız bol, qələminiz iti olsun, hörmətli Bəradər müəllim!
Hörmətlə:
Orucov Vidadi Ömər oğlu,
pedaqogika üzrə elmlər doktoru
