
"Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Göygöl Rayon Gənclər Evinin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər, ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin hər zaman müəllimə yüksək qiymət verdiyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan bəs ediblər.
Sonda təhsildə səmərəli fəaliyyət göstərən bir qrup müəllimə Fəxri Fərman, Təşəkkürnamə, Müəllimlərin İşə Qəbulu imtahanlarında yüksək bal toplamış müəllimlərə isə xatirə hədiyyələri təqdim olunub. Yekunda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Bəradər Səməndərli
"Atributinfo.az"






















