Sizin reklam burada
Sizin reklam burada
  • ETİHİ Xətai Rayon Komitəsi Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon ərazisindəki təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvlərini təbrik etdi

    ETİHİ Xətai Rayon Komitəsi Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon ərazisindəki təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvlərini təbrik etdi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon ərazisindəki təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvləri təbrik olunmuşdur.
    Komitə nümayəndələri təhsil müəssisələrinə səfər edərək müəllimlərin şərəfli əməyini yüksək qiymətləndirmiş, onlara səmimi təbriklərini və xoş arzularını çatdırmışlar. Görüş zamanı müəllimlərə gül dəstələri, hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.
    Müəllimlər də bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.
    Qeyd edək ki, təqdimat tədbirlərində ETİHİ Respublika Komitəsinin baş mütəxəssisi Rüstəm Nəzirov və ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov iştirak etmişlər.

    Hüseynbala Həsən



















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ