Sizin reklam burada
Sizin reklam burada
  • 29 Sentyabr – Dünya Ürək Günü

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

    Əziz dostlar, dəyərli həmvətənlər!

    "Ürəyinizi qoruyun, çünki içində sevdikləriniz var"

    Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir.

    Bu çətin və şərəfli yolda fədakarlıqla çalışan bütün həkimlərimizə və tibb personalına təşəkkür edir, onlara uğurlar arzulayıram.

    Təəssüf ki, bu gün tanınmış istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi. Bu acı hadisə bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.

    Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır.

    Cabir İmanova Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Hər bir insana isə sağlam ürək və uzun ömür arzulayıram.

    Əziz dostlar, dəyərli həmvətənlər!
    "Ürəyinizi qoruyun, çünki içində sevdikləriniz var."

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ