"Dünya şöhrətli alim, Azərbaycan cərrahiyyə məktəbinin banilərindən biri, görkəmli ictimai -siyasi xadim akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illik yubileyi münasibəti ilə keçirilən beynəlxalq elmi- praktik Konfransda iştirak etdik.
Konfrans böyük alimin 130 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamınına uyğun olaraq keçirilən silsilə tədbirlərin yekunu kimi yüksək səviyyədə təşkil olunmuşdu və çox əhəmiyyətli idi."
Bu sətirləri Milli Məclisin Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili Musa Urud özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, konfransın yüksək səviyyədə təşkili üçün Səhiyyə Nazirliyinə və Milli Elmlər Akademiyasına təşəkkür edirəm:
"Həqiqətən də, Mustafa bəyin həyat yolu, elmi, pedoqoji və ictimai- siyasi fəaliyyəti qürurvericidir və böyük məktəbdir. O öz dövrünün çox böyük yenilikçi alimi və cərrahıdır. Dünyada 100 mindən çox əməliyyat eləmiş və yaxşı nəticələr almış, adı Ginnesin rekordlar kirabına düşmüş yeganə cərrahdır.
Bəxtim gətirib ki, bu böyük alimi yaxından görmüşəm, mühazirəsini dinləmişəm və bir tələbə olaraq onun apardığı bir neçə unukal əməliyyatı izləmişəm. Mustafa bəy Topçubaşov və onun kimi zəka sahibləri Azərbaycan xalqının milli sərvətidir və qürur yeridir."- Musa Urud paylaşımda qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
