Akademiyadan bildirilib ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə UNESCO-nun mənzil-qərargahında keçirilən tədbirdə söyləyib.
Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.
Akademik İsa Həbibbəyli Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayevə akademik Zemfira Səfərovanın bu yaxınlarda AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində nəşr olunmuş “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabını hədiyyə edib.
Tədbir konsert proqramı ilə müşayiət olunub.
