Tələbənin mübadilə proqramı, ölkəmiz və ADA Universiteti haqqında verdiyi məlumatlar “Dustynation” jurnalının “The Bridge” bölməsində dərc olunub.
Aytac Adıgözəlova Texas A&M International Universitetində mübadilə proqramının iştirakçısı olan beynəlxalq tələbələr arasında bütün fənlər üzrə ən yüksək qiymətlə 4 GPA (100%) məzun olub və ona ictimai fəallığına görə həmin ali təhsil müəssisəsinin beynəlxalq şöbəsinin diplomu verilib.
Qeyd edək ki, Aytac Adıgözəlova ADA Universitetinin tələbəsidir.
