Sizin reklam burada
Sizin reklam burada
  • DƏYƏRLİ VƏTƏNOĞLU: əziz dostum-qardaşım, tələbəlik illərinin unudulmaz yoldaşı

    Sizi 70 illik şərəfli ömrünüz münasibətilə, Sabir sevərlərlə birlikdə, ürəkdən təbrik edirəm!
    Bu möhtəşəm yubiley, həyat yolunuzda dəyərli bir mərhələ, illərin zəhmət və müdrikliklə yoğrulmuş, örnək dolu bir zirvəsidir.

    Doğum gününüz mübarək olsun Sabir Qocayev!
    Arzu edirəm ki, qarşıdakı illəriniz də sağlamlıqla, firavanlıqla, ailə səadəti və könül xoşluğu ilə dolu olsun.
    Sevinciniz bol, uğurlarınız davamlı, ömrünüz isə daim mənalı və nurlu keçsin.

    Həyatınız ürəyinizcə, qəlbiniz isə həmişə rahat və xoşbəxtliklə dolsun!

    Sizə sonsuz ehtiram və dərin dostluq duyğularımla,

    Vidadi Orucov
    Pedaqogika elmləri doktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ