Sizin reklam burada
Sizin reklam burada
  • Doğum gününüz mübarək hörmətli Cavid müəllim Paşayev

    18 avqust - dünyaya gəliş günün, şad günündü qardaşım .
    Hər zaman, hər an yanımda olanım, başımın tacı , damarımda axan qanım, fəxrim, vüqarım, qürurum, qardaşım, əzizim, doğmam elinə obasına bağlı olan, sadə, səmimi insan, dəyərli doktor Cavid Paşayev, bu gün-18 avqust sizin gününüzdü .
    Ən xoş arzularla təbrik edirəm, çox yaşa, xoş yaşa əzizim. Hər zaman göründüyü kimi olan, olduğu kimi görünən qardaşım, sizi sizi xəlq edib, yaradana şükürlər olsun.
    Allah daima yar və yardımçınız olsun .Daima xoş günlər nəsibiniz olsun , yaşa, yaşa çox yaşa qardaşım ❤
    Xalq şairi Vahid Əzizin təəbirincə desək;

    “Mənə yüz il ömür arzulamayın”

    Mənə yüz il ömür arzulamayın,
    Payız yarpağıtək qovmasın külək.
    Gözlərim görsə də, ayağım, əlim,
    Əsalıq olanda dayansın ürək.

    Mənə "Yüz il yaşa!" deməsin dostlar,
    Gülüşüm, yerişim, səsim itməsin.
    Məndən cavan olan, gümrah olanlar,
    Çiynimdə dünyadan köçüb getməsin.

    Mənə yüz il ömür arzulamayın,
    Bu qədər yaşayan hansı çiçəkdir?
    Sən yaşda qalmırsa tay-tuşun, tayın,
    Qurdla qiyamətə qalmaq deməkdir.

    Mənə elə ömür arzulayın ki,
    Ölüncə ümman tək çağlaya bilim.
    Qapı-pəncərəni öz evimdəki,
    Özüm aça bilim, bağlaya bilim.

    Sağlıqlar deyəndə hərdən şənimə,
    Nə özüm kövrəlim, nə sizə gülüm.
    Tanrıdan bir ömür diləyin mənə,
    Hər vaxt sevə bilim, sevilə bilim.

    Taleyim sevgiylə baxsın üzümə;
    Görsün yad payına şərik deyiləm.
    Gərək olmayanda özüm-özümə,
    Deməli, heç kəsə gərək deyiləm,

    Mənə yüz il ömür arzulamayın,
    Ləyaqət, təmiz ad atıb getməsin.
    Dünyaya qalacaq malı dünyanın,
    Karvanım lənətə batıb getməsin!
    Mənə yüz il ömür arzulamayın!...

    Hörmət və ehtiramla sizin Zahir

    P.S Təbrikə "Atributinfo.az"ın yaradıcı kollektivi adından mən də qoşuluram və dəyərli doktora, əziz dostumuz Cavid müəllim Paşayevə yeni yaşında daha mənalı və səmərəli ömür, möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram!

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ