Sizin reklam burada
Sizin reklam burada
  • Vəzifə adamı, yoxsa adamın vəzifəsi?

    Hər kəsin vəzifəsi həyatda insan kimi yaşayıb, insanlıq yükünü daşıyıb, Yaradanına, valideynlərinə, dövlətinə, xalqına, torpağına layiqli övlad olmaqdır. Bu, adamın vəzifəsidir, lakin vəzifə adamı olmaq üçün daha yüksək potensiala, elitar görüntüyə və çəkiyə, doğru-dürüst xarakterə və düşüncəyə, yaxşı mənada fərqli şəxsi keyfiyyətlərə, güclü təmkin və iradəyə nəhayət, cəmiyyətin önundə getməyə layiq və malik olmalı, ağı qaradan seçıb ədalətli qərar verməyi bacarmalı, qurub yaratmağı bacarmalısan. Elvin Paşayev bax, bu kimi üstün keyfiyyətlərin daşıyıcısı olduğunu artıq son 3 ildə Göygöldə və göygöllülər qarşısında əməli işi, şərəfli fəaliyyəti ilə sübut etdi.

    BELƏLİKLƏ...

    "Atributinfo.az" xəbər verir ki, 2022-ci ilin bu günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
    1982-ci ildə anadan olan Elvin Paşayev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində bakalavr, 2005-2007-ci illərdə magistr təhsili alıb. 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində oxuyaraq təkrar magistr dərəcəsi alıb. Daha sonra - 2021-2022-ci illərdə Şimali Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından olan İsveçin Lund Universitetində təhsilini davam etdirib.

    MƏLUMAT ÜÇÜN QEYD EDƏK Ki,

    Elvin Paşayev bu vəzifəyə kimi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri olub.
    Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı olan E.Paşayev daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E. Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.
    Elvin Paşayev 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

    Hörmətli və dəyərli Azərbaycan ziyalısı Elvin müəllim, Sizi dövlət başçısı tərəfindən Göygölə rəhbər təyin olunduğunuzun 3 illiyi münasibətilə ürəkdən təbrik edir, əldə olunan yüksək nailiyyətləri əsas tutaraq, bundan sonrakı fəaliyyətinizdə möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram!

    Dərin hörmətlə Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ