Vl cağırış MM deputatı
T.e.f. doktoru
Əməkdar mühəndis
Bu gün sənətinə böyük rəğbət bəslədiyim mərhum müğənni, həvəskar şair və bəstəkar Kamandar İbrahimovun doğum günüdür. Şamaxının Cəyirli kəndində anadan olan Kamandar İbrahimov nəinki Şirvanda (Şirvan, Hacıqabul, Şamaxı, Salyan, Sabirabad), o cümlədən bütün ölkəmizdə sevilən və qəbul olunan sənətkarlardan idi. Kamandar İbrahimob Azərbaycanın sənətkarı idi. Xalq musiqisinin, muğamlarımızın bilicisi olan Kamandarın səs tonu estrada və digər janrlarda da ifasına imkan verərərək insanlara zövq verirdi.
“Limanlar” mahnısını bir Mirzə Babayev, bir də Kamandar oxuyardı.(lütfən YouTube-dən dinləyin)
Şirvan müsiqi sənət məktəbinin görkəmli nümayəndəsi Kamandar İbrahimovun ifaları, o cümlədən oxu tərzi bu gün də çox müğənnilər tərəfindən yaşadılır.
Onun “Doğrudan da qocalıram“ ifası bu gün də trenddir.
Bu yaxınlarda Bakıda məclislərin birində ifaçıdan soruşdum ki, bu oxuduğun gözəl ifanın müəllifi kimdir? Əvvəlcədən şübhə ilə yanaşdığım sualımın cavabını eşidəndə cavan ifaçıya əhsən dedim.
Fizika üzrə Nobel mükafatı laureatı Ervin Şredinger yazır ki: " Elm musiqinin bizi niyə sevindirdiyinə və yaxud köhnə mahnıların bizi niyə ağladacaq qədər təsirləndirdiyinə dair heç bir söz deyə bilməz."
Mənim düşüncəmə görə sənətkarlar insanların dilə gətirə bilmədiyi hissləri, duyğularını canlandırır və nəticədə biz kövrəlmə-sevinməni bizdən asılı olmayaraq yaşayırıq.
Yaşasaydı həyatının 70-ci ilinə keçərdi. Sözümün məğzi odur ki, bir ildən sonra aidiyyatı qurumlar heç olmasa 70 illiyinin qeyd olunmasını unutmasınlar. Onu da deyim ki, bu yaxınlarda məşhur nağara ustası Qaraş (Bəyin oğurlamması filmində nağara ifaçısı) rəhmətə getdi. səssi-səmirsiz. Elə bil belə insan olmayıb. Əsil dəyər bunlardır.
Belə sənətkarları unutmaq olmaz. Gəncləriniz bu musiqilərdən zövq almalı və onları yaşatmalıdır.
Allah rəhmər eləsin! Eşq olsun belə sənətə və sənətkara!
