Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, film yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.
İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.
Filmin ssenaristi və quruluşçu rejissoru Hacı Səfərov, prodüserləri Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb. Filmin ərsəyə gəlməsinə “Ultra Production” və “Düymə” Agentliyi dəstək göstərib.
