Sizin reklam burada
Sizin reklam burada
  • Sizcə, Saatlının neçə elmlər doktoru var?

    Birini mən yazım: Şəkildə də gördüyünüz Saleh Əliyev...
    Məlumat üçün bildirim ki, Saleh Əliyev rayonumuzun Qaralar kəndində doğulub boya-başa çatmış, orta təhsilini Gomuşçu kənd tam orta məktəbində almışdır. Bakı Dövlət Universitetinin məzunu olmuş Saleh müəllim ömrünü, demək olar ki, elmə həsr etmişdir. Qısa şəkildə qeyd edim ki, həmyerlimiz 1993-cü ildə biologiya elmləri namizədi, 11 aprel 2025-ci ildə, yəni bir neçə ay öncə isə Ali Attestasiya Komissiyasının İdarə Heyətinin müvafiq qərarı ilə biologiya elmləri doktoru elmi dərəcələrini almışdır.
    O, 200-dən artıq elmi məqalənin, beynəlxalq konfrans materialının, 7 kitabın müəllif və həmmüəlliflərindən biridir. Onun elmi əsərlərinin çoxu dünyada qəbul edilən yüksək indeksli beynəlxalq jurnallarda çap olunub.
    Bu böyük uğur münasibətilə Saleh müəllimi ürəkdən təbrik edirik...
    Əslində, bu yazını tamamilə Saleh müəllimə həsr etmək istəyirdim. Onun saatlılı olaraq, elmlər dokrtoru adına layiq görülməsi məndə belə bir sual yaratdı: Əcəba, Saatlının neçə elmlər doktoru var? ("Saatlının" dedikdə, əlbəttə, Saatlıda doğulmuş, lakin respublikamızın müxtəlif ərazilərində, bölgəsində yaşamış, çalışmış insanları nəzərdə tuturuq.) Bəli, bununla bağlı müəyyən araşdırma apardım. Ola bilsin ki, sayları daha çoxdur, amma mən, təəssüf ki, yalnız ikisini müəyyən edə bildim: Hüquq elmləri doktoru Firudin Səməndərov və biologiya elmləri doktoru Ağavəli İbrahimov (hər ikisi haqq dünyasındadır, Allah rəhmət etsin!).
    Yüksəkixtisaslı elmi kadrlar kimi hər zaman hörmət və ehtiram göstərdiyimiz bu cür insanlar - həmyerli hesab etdiyimiz elmlər doktorları, təəssüf ki, barmaqla sayılası qədərdir. Odur ki, onların qədrini bilək. Onların görmüş olduqları o böyük işin qarşılığında biz də kiçik bir addım ataq; onları hər zaman xatırlayaq, yad edək...

    Mahir Allahyarlı.

    P.S. Bəlkə də unutmuş olduğum digər saatlılı elmlər doktorları da var. Elədirsə, xahiş edirəm, şərh bölümündə yazasınız.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ