Sizin reklam burada
Sizin reklam burada
  • Tələbələrin köçürülməsi prosesinə başlanılıb

    Bu gündən 2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlanıb.

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ