Sizin reklam burada
Sizin reklam burada
  • ... 10 gün ərzində maraqlı görüşlər keçirdik

    Gəncə şəhərində "Gəncənin tarixi etnoloji tədqiqat layihəsi üzrə etnoloji ekspedisiya" məqsədilə səfərdə olan AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşları ilə 10 gün ərzində maraqlı görüşlər keçirdik! Səfər çərçivəsində Nizami Gəncəvi Məqbərə Kompleksini, Nizami Gəncəvi Muzeyini, Mir Cəlal Paşayev ev Muzeyini və başqa tarixi məkanları ziyarət etdilər.
    İlk öncə "Nizamişünaslıq" elmi əsərlər jurnalında məqalələri nəşr olunan t.e.d.,dosent Ilhame Mamedova xanıma və t.ü.f.d.dosent Tahir Şahbazlıya jurnallarını təqdim etdik.
    Daha sonra səfər təyinatı üzrə davam etmişdir.
    Azərbaycanın tarixi şəhərlərindən olan, dünya ədəbi-fəlsəfi fikrinə Nizami Gəncəvi kimi dühanı bəxş edən Gəncə özünün mədəni, elmi, bədii mühiti ilə yanaşı, məhəlli-etnoqrafik xüsusiyyətlərini də hər zaman qoruyub saxlamışdır. Tədqiqat zamanı şəhərdə olan Qərbi Azərbaycan irsi, şəhərin etnoloji irsi – maddi mədəniyyəti, tarixi abidələri, şəhər əhlinin mənəvi dünyası, ailə məişəti və s. məsələlər barədə etnoqrafik müşahidələr və sorğular nəticəsində xeyli faktik materiallar əldə olundu. Qonaqlar səfər çərçivəsində Göygöl rayonunun tarixi abidələrini, muzeylərini və füsnkar Göygölü də ziyarət etdilər.
    Qonaqların layiqincə qarşılanıb apardıqları tədqiqat üzrə məlumatların əldə edilməsində verdikləri dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyətinə, məsul işçilərinə, Göygöl rayon İcra Hakimiyyətinə, məsul işçilərinə, şəhərdəki idarə və təşkilatların- akademiya, təhsil,mədəniyyət, turizm, mədəni irs rəhbərlərinə minnətdarlığımızı bildiririk!
    Gəncə şəhərində Qərbi Azərbaycan irsi və Gəncənin ədəbi-mədəni irsi ilə ilə bağlı məlumatların,materialların əldə edilməsində göstərdikləri dəstəyə görə t.e.ü.f.d. Bayram Aslanov müəllimə, professor, Ziyad Abbasov müəllimə, f.ü.f.d.Sahib İbrahimli müəllimə, AYB Gəncə Bölmesinin sədri Xəzangül Hüseynova canıma, Aləmzər Ali-zadə xanıma və başqalarına minnətdarlığımızı bildiririk!

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə şəhər Nizami Gəncəvi Mərkəzinin direktoru






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ