Sizin reklam burada
Sizin reklam burada
  • Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb

    2025-ci ildə təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, komissiyalar iyulun 31-dək Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

    Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan müəllimlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ