Sizin reklam burada
Sizin reklam burada
  • "Yolunuz açıq olsun, əziz məzunlar!"- Məşhur Məmmədov

    "Həmkarım Fariz İsmayılzadə ilə Lənkəran Dövlət Universitetində keçirilən “Məzun günü” mərasimində iştirak etdim. Gənclərimizin sevincinə şərik olmaq bizim üçün çox xoş oldu."-
    Bunu 74 saylı Masallı seçki dairəsindən seçilən deputat Məşhur Məmmədov özünün feysbuk səhifəsində paylaşıb. Deputat əlavə edib ki, bu il sözügedən universiteti 1327 məzun uğurla başa vurub, hər biri gələcəyin layiqli vətəndaşı olmağa namizəddir:

    "Universitetin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi sevindiricidir. Gənclərimizi müstəqil həyata qədəm qoyduqları bu gündə səmimi arzularla təbrik edərək hər birinə uğurlar arzuladıq. Yolunuz açıq olsun, əziz məzunlar!"- Məşhur Məmmədov paylaşımda qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ