Hər ikisini doğum günü münasibətilə əzizləri və yaxınları adından təbrik edir və hər ikisinə həyatın ən ləziz neməti olan uzun ömür, möhkəm can sağlığı arzulayırıq.
Təbrikə "Qanun və Zəka" qəzetinin redaktoru, yazıçı-publisist Xeyransa Əbdülqızı da qoşulur, Məryəm balaya, eləcə də Turan bəyə davamlı həyatlarında işıqlaı sabahlar, ən xoş anlar arzulayır.
Arzular qoşalaşır, ümidlər çiçək açır,
Ömür bağçalarında, könüllər ətir saçır.
Bulud ay işığından, kədər sevincdən qaçır,
İlahi xəlq edəndə bəndəsini sevərək;
Sizi təbrik edirik, mövludunuz mübarək.
Yaxşı bağbanın heç vaxt zəhməti getmir bada,
Müvəqqəti qonaqdır hamı fani dünyada.
İki sevinc yaşanır, bir evdə, bir odada,
Ata gövdə, qız budaq; birgə döyünür ürək,
Sizi təbrik edirik, mövludunuz mübarək.
"Atribut" qəzetinin yaradıcı kollektivi
