Sizin reklam burada
Sizin reklam burada
  • Getdi elimizdən, getdi Dilarə


    Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva vəfatı hər kəsi korun-korun yandırır Səhhətində problem yaranan müəllim yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı.
    Bu əbədi ayrılığın təsirindən kədərlənərək onun əziz xatirəsinə bu şeiri həsr edirəm.

    Getdi elimizdən, getdi Dilarə

    Dünyamız çox heyif, dəyişdi yaman,
    Nadanlar verməyir yaxşıya aman,
    Aldı başımızın üstünü duman,
    Getdi elmizdən getdi Dilarə.

    Bütün tədbirlərdə öndə gedərdi,
    Dara düşənlərə kömək edərdi...
    Əbədi ayrılıq sonsuz kədərdi,
    Getdi elmizdən getdi Dilarə.

    Bütün şagirdlərə kömək olardı,
    Xeyirxah əməllə yadda qalardı,
    Çıraq olub ürəklərdə yanardı,
    Getdi elmizdən getdi Dilarə.

    Uca idi adı, sanı, şöhrəti,
    Sevməzdi boş danışığı, qeybəti,
    Mənə də çox göstərmişdi diqqəti,
    Getdi elmizdən getdi Dilarə.



    İlkin Məmmədov
    Göygöl rayonu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ