Sizin reklam burada
Sizin reklam burada
  • ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİNİN İLK UĞURLARI VƏ SEVİNCİ


    Vidadi Orucov
    Pedaqogika üzrə elmlər doktoru, professor

    Artıq bir aydır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin məzun tələbələri – gənc və istedadlı təcrübəçi müəllimlər – Bakı şəhəri, Sabunçu rayonu, 271 nömrəli tam orta məktəbdə şərəfli müəllimlik yolunda ilk addımlarını atırlar.
    Bu qısa, lakin dəyərli müddət ərzində gənc müəllimlər öz bilik və bacarıqlarını praktikada tətbiq etmə imkanı qazanmış, pedaqoji kollektivin bir parçası kimi məktəb həyatına inteqrasiya olunmuşlar. Məktəbdə hökm sürən səliqə-sahman, pedaqoji əməkdaşlıq ruhu, göz oxşayan mühit və xüsusilə təcrübəçi müəllimlər üçün yaradılan əlverişli şərait onları daha da ruhlandırmışdır.

    Bu imkan və dəstəyə görə məktəbin direktoru, hörmətli Səbinə xanıma, eləcə də təcrübəçi müəllimlərin fəaliyyətini yaxından izləyən və onlara bilik və təcrübələrini böyük səxavətlə aşılayan fənn müəllimlərinə-İmanova Zenfira və Hüseynova Naziləyə dərin təşəkkürümüzü bildiririk.

    Yeni yola çıxan gənc müəllimlərə isə ən xoş arzularımızı çatdırırıq. Arzu edirik ki, hər birinizin müəllimlik fəaliyyəti uğurla dolu, zəhmətiniz dəyərləndirilən və sevinclə xatırlanan bir yol olsun.
    Yolunuz açıq, uğurunuz bol, həyatınız ürəyinizcə olsun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ