Sizin reklam burada
Sizin reklam burada
  • İNQİLAB MÜƏLLİMSİZ KEÇƏN BİR İL...

    Rəhmətlə anırıq...
    Yazırdı ki, "Ömrümün gecəsi də, gündüzü də mənə verilən Allah payıdır". Həyatını ulu Yaradanına minnətdarlıq hissi ilə yaşayan şair "qismət Onundur", - deyirdi.
    "Yaradıcılıq işi əkinçi işidi. Kimin dəni harda sünbül tutursa, harda torpağı üzünə gülürsə, elə ora sözün Vətənidi...
    Kim qoydu əlini çiynimə birdən?!
    Nə sağda görünür, nə də solumda.
    Dərdi daşa basan dostlarım kimi,
    Əkdiyim ağaclar durur yolumda...
    Bax, beləcə könlümün qızındığı bir məkanda - Göygöl rayonunun Üçtəpə kəndində yaşayıram. Tikdiyim evin hər daşının xasiyyətinə bələdəm..."
    İnqilab İsaqın yorulduğu, usandığı vaxtlarda onun həmsöhbəti, onun dostu illərdi qoruyub saxladığı kitabları idi. Kitabları öz balaları kimi sevər, əzizləyərdi. Şair deyirdi: "Bu kitabların hər birisi mənə candan əziz sevdiyim dostlarımdan yadigardır və oxumağı da çox sevirəm".
    İnqilab müəllimin həyatında sevincli,kədərli günləri də çox olmuşdur! Əlbəttə ki, kədərin ən böyüyü bu gün özünün ruhən, bizlərin isə həm ruhən,həm də cismən izlədiyimiz onun yoxluğudur!
    Sevincli günlərinə gəldikdə isə, 70-i tamam etdikdən sonra yaşadığı bir ilə yaxın zamanda görüşəndə,söhbətləşəndə böyük qədirşünaslıqla, sevgi ilə deyirdi ki, məni ən çox sevindirən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Elvin Paşayev müəllimin rayon səviyyəsində mənim 70 illik yubileyimi qeyd etməsi oldu!
    Yadımdadır, aparıcısı olduğum həmin unudulmaz yubiley,yaradıcılıq gecəsində Göygöl rayonu başda olmaqla, ölkəmizin bir çox guşələrindən glən ürək dostları, xaricdən də daxil olmaqla onun xoş
    gününə, yubiley yaradıcılıq gecəsinə yığışmışdılar!
    Inqilab Isaq müəllimin mənsub olduğu böyük Azərbaycan xalqının qəlbində, xatirəsində, ədəbiyyatında əbədi yaşayacağının ən böyük təminatçısı miras qoyduğu əsərləri, misraları və halal zəhmətlə yoğrulmuş ömür payıdır...
    Ruhunuz şad olsun, unudulmaz İnqilab İsaq müəllim!

    Əlimuxtar Muxtarov
    Gəncə şəhəri, Nizami Gəncəvi Mərkəzinin direktoru, dosent


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ