Sizin reklam burada
Sizin reklam burada
  • "Ağır faciədir və onlara dəstək olmaq lazımdır"- Razi Nurullayev

    "Alisanov Nicat Yadigar oğlu hal-hazırda Buzovna Sanator-kurort Reabilitasiya mərkəzində müalicə alır. İmişli şəhəri sakinidir. Həkim Rəna xanımın sayəsində müsbət irəliləyişlər əldə olunub."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, əlavə edib ki, hələ dörd ay da yatmalıdır. Atası və anası da neçə aylardır ki, onun müalicəsinə görə kirayə tutub qalırlar. Düzənləri pozulub:

    "Nicat Hacıqabul rayonunda yol kənarında olarkən, TİR maşınının təkəri çıxıb və Nicatı vurub. Durduğu yerdə belə faciə yaşanıb. Nə danışa bilir, nə yeriyə. İndi-indi güman var ki, adamları tanımağa başlayır.
    Ağır faciədir və onlara dəstək olmaq lazımdır. Ağır bir faciədir ata və ana üçün. Nicat evlidir və övladları da var. Ali təhsilli gəncdir. Çox təəssüf."- Deputat deyib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ