Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudov simpoziumun açılış mərasimində çıxış etmişdir

    Bu gün Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi tədbir – ISRT2025 (International Symposium on Radionuclide Therapy) işinə start vermişdir. Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan, 3 gün davam edəcək bu mötəbər simpozium, onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssisləri bir araya gətirmişdir. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat – WARMTH (World Association of Radiopharmaceutical and Molecular Therapy) ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.

    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi-Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov simpoziumun açılış mərasimində çıxış etmişdir.

    Millət vəkilindən sitat:
    "Son illər ərzində Azərbaycanın səhiyyə sistemi mühüm transformasiya mərhələsindən keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tibbi infrastrukturun modernləşdirilməsi, yüksək keyfiyyətli onkoloji xidmətlərə çıxışın genişləndirilməsi və tibb işçilərinin peşəkar potensialının artırılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilir.
    Eyni zamanda, ölkəmizdə nüvə təbabəti və teranostika sahəsində də ciddi addımlar atılmışdır. Bu sahə – radioaktiv maddələrin eyni anda həm diaqnostika, həm də müalicədə istifadə olunduğu – teranostika – onkoloji xəstələrin həyatında dünya üzrə əsl dönüş nöqtəsinə çevrilmişdir.
    Azərbaycan regionda bu sahənin qabaqcıl ölkələrindən biri olaraq, artıq 2017-ci ildən etibarən Milli Onkologiya Mərkəzində teranostik müalicələrə start vermiş və bu istiqamətdə yüksək klinik nəticələr əldə etmişdir. Bu uğurlar bir sıra beynəlxalq elmi jurnallarda da işıqlandırılmışdır"...

    "Atributinfo.az" və "atribut" qəzeti


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ