Son vaxtlar həyatında dözulməz açılar yaşanan "Zəfər qalası" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Natella xanım (Hacıyeva) Asenaya ardıcıl olaraq ağır itkilərin üz verməsi (əvvəlcə bir neçə dili, xüsusən ingilis dilini mükəmməl bilən və özü Universitet tələbəsi olsa da, ali təhsil ocağında təhsil alan tələbə həmkarlarına ingilis dilini tədris edən, novator, gülüzlü nəvəsi Zəhra balanın vaxtsız vəfatı, ardınca isə ciyər parası-oğlu Vüqar Mübariz oğlu Hacıyevin əbədiyyət dünyasına qovuşması Natella xanımın göz yaşlarını qurmur, onun könül dünyasını alt-üst edərək korun-korun yandırır. Əsl həqiqətdə baş verənlər itkilər dözülməz acılardı. Lakin neyləməli, taleyin qismətinin və alın yazısının uca Yaradandan gəldiyini düşunərək dözməkdən, səbr etməkdən savayı çıxış yolu yoxdur. Bu ağır, hüznlü günlərdə yaxın dostu olaraq hörmətli Natella xanımın kədərinə şərik olur, ona uca Allahdan iradə, səbr, dözüm diləyir, doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Məkanları cənnət, ruhları şad, axirət dünyaları abad olsun. Allah rəhmət eləsin! Başınız sağ olun Natella xanım! Son qəminiz olsun!
Hörmətlə: Bəradər Səməndərli "Atribut"un baş redaktoru