Sizin reklam burada
Sizin reklam burada
  • Bayramınız mübarək!

    Şahin Məmmədov
    Şimali Osetiya “Azərbaycanlıalrı Konqresi”nin fəxri prezidenti

    Əziz həmvətənlərim!
    Şimali Osetiya – Alaniya Respublikasında yaşayan azərbaycanlılar və Dünya azərbaycanlıları!
    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram həmçinin xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə bağlı ən kütləvi xalq bayramıdır.
    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ