
Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm.
Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!