Sizin reklam burada
Sizin reklam burada
  • Yatmayanlarla dərdləşmə silsiləsindən...

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
    Tibb elmləri üzrə fəlsəfə doktoru, professor

    Hazırda ölkəmizin onlarla xəstəxanasında həyatla ölüm arasındakı incə sərhəddə fədakar bir mübarizə gedir. Gecənin səssizliyini yalnız əməliyyat otaqlarından gələn səslər, həkimlərin və tibb işçilərinin yorulmaz əllərinin toxunuşları və ümid dolu dualar pozur.

    Həkimlik sadəcə bir sənət deyil, dostlar! Bu, gecənin ən dərin yuxusundan vaz keçmək, başqalarının ağrılarını özününkü bilmək, kimsəsiz bir ümidə çevrilməkdir. Həkimlik, bəzən bir insanın ağrısını içində daşımaq, bəzən də onun sağalması ilə bərabər sevinc göz yaşları tökməkdir. Və ən ağır an – xəstəni itirdiyində, ruhunun bir parçasının da onunla getdiyini hiss etməkdir...

    Bu sənətin gözəlliyi məhz buradadır: başqalarının həyatına toxunmaq, ümid olmaq, şəfa vermək, ən əsası isə bütün bunları ürəklə, sevgi ilə etmək…

    Yuxun şirin, hər gecən xeyirə qalsın, Vətən
    Səhiyyə fədailərin hər zaman oyaqdır və səninlədir!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ