
Tədbirdə Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə naziri - Arsen Daniiloviç Mahmudov, Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı Xanoğlan Əliyev, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizov, İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, Ryazan şəhər Milli-mədəni muxtariyyətın rəhbəri, həm də, dünya azərbaycanlıları birliyinin, Rusiya və MDB millətlər arası rəhbərı Elşən Əliyev, Qaraçay-Çerkesiya azərbaycanlıları. Milli-mədəni muxtariyyətin rəhbəri Haqverdi Mamedov, Stavropol diyarı, Georqiyevsk şəhər Milli-mədəni muxtariyyətın rəhbəri Yadigar Mamedov, Axangelski Azərbaycan diasporunun idarə heyətinin sədri Vaqif Mollayev, Koordinator Elçin Şükür və başqaları iştirak edirdilər.
Dağıstan Respublikası Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri inlişaf etdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək istiqamətində gördüyü işlərlə hər zaman bir örnəkdir.
İstər Azərbaycanda, istərsə də Dağıstanda, maştabı bir az da genişləndirsək, tanadıqları arasında, həmçinin geniş ictimaiyyət arasında silinməz iz buraxmış Rakif Əzizovun bu gün 70 yaşını qeyd edirik.
3 fevral 1955-ci ildə Yardımlı rayonunun Horonu kəndində doğulub boya-başa çatan Yubilyar 1972-ci ildə Politexnik instituna daxil olub. Institu bitirtikdən sonra əmək fəaliyyətinə Lənkəran rayonu Port-İliç şəhərində başlayan Rafik Əzizov şərəfli əmək fəaliyyəti dövründə ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətlər göstərmiş, ənənələrimizin ən sanballı daşıyıcılarından biridir. Həm qohum-əqrəba, həm tanıdıqlarının aktual problemlərini həlli istiqamətində əməli işləri zövqlə yerinə yetirib və yetirməkdədir. .
Hər bir insan istənilən məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmalıdır. İradə elə bir keyfiyyətdir ki, o, istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə - dözümlülük, əziyyətlərə qatlaşmaq və lazımsız istəklər üzərində qələbədir. Hətta zəif iradəsi olan istedadlı adam heç nəyə nail ola bilməz. Odur ki, iradəli insan ilk növbədə çatacağı məqsədə özünü inandırmalı, istədiyi məqama nail olaraq başqalarına örnək olmalıdır. Məhz Rafik Əzizov da iradəsi sayəsində öz yolunu tapan, arzu və istəyinə qovuşan ziyalımızdır.
Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik Rafik Əzizovun sözlərinə görə, 70 il onun üçün məsuliyyətdir, geriyə baxanda bir hesabat dövrüdür: "İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və nəhayət müdrikləşir. Əsas insanın ruh halıdır. Ruhən nikbin insanam. İnsan o vaxt qocalır ki, onun ruhu ölür. Mənim ruhum çox cavandır.
İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır.
Bir il daha bitdi, amma? Kədərlənmə zaman tez keçir deyə… Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Unutma ki, hər kəs eyni şeyi yaşayır. Sonunda geriyə baxdığnda ümid edirəm “Çox mənalı günlər idi” deyərsən. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Rakif Əzizov şərəfli ömür yaşayanlardandır. Sayılıb-seçilən, AĞSAQQAL Rakif Əzizovu 70 illik yubileyi münasibəti ilə təbrik edirik.
Elçin Şükür






