
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşmişdir. O, əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında ən düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib, düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından da məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma xalqına xidmət etməyə həsr olunması da onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.
Hazırda Prezident İlham Əliyevin müdrik və uzaq¬görən siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. İlham Əliyev eyni zamanda, dünya azərbaycanlılarının haqları və hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş bir siyasəti uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin Azərbaycançılıq idealına xidmət sahəsindəki çoxşaxəli və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil ölkəmizdə şəffaf və ədalətli bir cəmiyyət yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər xalqımızın daha xoşbəxt həyatının təmin edilməsinə və dövlətimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
24 dekabr cənab Prezidentin doğum günüdür. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, həyat və fəaliyyətində sonsuz uğurlar, möhkəm can sağlığı arzulayıram!

Ali Baş Komandanım!
Canım Azərbaycanı
Qaranlıq gecələrdən
Səhərlərə yetirdin,
Dünyanın görmədiyi
Zəfərlərə yetirdin,
Ali Baş Komandanım!
Dövlətə sevgin ilə
Məhəbbət işığısan,
Amala , əqidəyə
Sədaqət işığısan,
Ali Baş Komandanım!
"Vətən-gözümün nuru,
Ruhuma candır" dedin.
Qara bəxtli Qarabağ
Azərbaycandır!" dedin,
Ali Baş Komandanım!
Dağlar da alqışladı
Əsgər qətiyyətini,
Zəfər bayrağı etdin,
At vəsiyyətini,
Ali Baş Komandanım!
Zəfər Bayrağımızla,
Şöhrətliyəm, şanlıyam,
Can Vətən, keşiyində
Gülağa tək əsgərin,
Mən Azərbaycanlıyam!
Ali Baş Komandanım!
GÜLAĞA TƏNHA
Şair-publisist