Bunu Milli Məclisdə 2024-cü il büdcə müzakirələri zamanı deputat İltizam Yusifov deyib.
Deputat hesab edir ki, dəmir yolu ilə ölkə daxili yükdaşımanı və ölkədaxili müntəzəm sərnişin daşımanın həcminin kəskin artırılması olduqca vacibdir: “Bu, bir neçə aspektdə əhəmiyyətlidir:
- Dəmir yolu ilə ölkə daxilində yükdaşıma büdcə hesabına qurulan yol infrastrukturunun dağıdılmasının qarşısının alınmasına, yollarda təhlükəsizliyə, insan həyatının qorunmasına və ən əsası ekoloji baxımdan atmosfer havasının çirklənməsinin qarşısının alınmasına xidmət edə bilər.
- Dəmir yolu ilə sərnişin daşıma isə Bakıda tıxacların qarşısının alınmasına, iş üçün gündəlik Bakıya gedən insanların və ən əsası tələbələrin rayonlardan Bakıya asanlıqla gediş-gəlişini təmin edə bilər və tələbələrin kirayələrdən canı qurtarar. Burada deyildi ki, sürət qatarı Akstafaya, Tovuza gedir. Mən hesab edirəm ki, biz artıq sürət qatarını Şirvan istiqamətində açmalı və sonradan Sabirabad, Saatlı, İmişli və Şərqi-Zəngəzur istiqamətində genişləndirməliyik”.
